Niyaməddin Musayev Qumralı tənqid etdi: “Ayıbdır…”
Xalq artisti Niyaməddin Musayevin “Dünya sənin, dünya mənim” mahnısının musiqisini və Məmməd Araza aid sözlərini yanlış ifa etməsi müğənni Qumral Musayevanın sərt tənqid edilməsinə səbəb olub. Efirlərə dəvət olunan müğənni “Bir taleyin oyununda cütlənmiş zərik” ifadəsini “cütləşmiş zərik” kimi ifa edib. İzləyicilər bu ifanı Niyaməddin Musayevə hörmətsizlik kimi qiymətləndirib.
Bəs, Qumralın bu ifasını Xalq artisti Niyaməddin Musayev dinləyibmi?
AZ24.az xəbər verir ki, Niyaməddin Musayev “Qaynarinfo.az”a açıqlamasında Qumral Musayevanın ifasından xəbərsiz olduğunu bildirib:
“Mahnı diskoteka ritmi üzərindədir. Amma baxır onu necə təqdim etmək? Milli ruhun olması şərtdir. Gərək sözlər musiqidə özünü tapsın, oynamaqla məsələ bitmir. Mahnının sözlərinə gəlincə, ayıbdır. “Cütləşmiş” pis sözdür. Bu “cütlənmiş”dir, “cütləşmiş” başqa məna verir. Heyvanlar, quşlar cütləşir. O boyda Məmməd Arazın sözlərini dəyişmək olar? Nə deyəsən? Oxuyurlar da”.
Niyaməddin Musayev izləyicilərin Qumral Musayevann onun nəvəsi kimi təqdim etməsinə də münasibət bildirib:
“Yalan deyirlər, ayıb olsun onu deyənlərə. Görürsünüz nədən istifadə edirlər? Bu mahnını dünyanın bütün ölkələrində oxuyurlar. Əcnəbilər də oxuyur. Əcnəbilər mahnını mən oxuduğum şəkildə oxuyur. Süni intelekt də mahnını oxuyur. Hətta orada belə mahnının sözləri dəyişməyib. Belə olmaz”.
Reklam
Oxşar xəbərlər
“60 yaşı var, amma qarını, ayaqları açıq…”
200 manat nədir ki, at da özün – Təranə Zauru BİABIR ETDİ
“Ərim məni boşasa, ölərəm” – Ofelyadan ŞOK AÇIQLAMA
Hollivud ulduzundan maraqlı etiraf: Evdə türk serialları izlənir
Xoşqədəm ondan inciyən Rəqsanənin CAVABINI VERDİ – VİDEO
Cəmilə 3 günlük Dubay istirahətinə 60 000 manat pul xərclədi