“Nikosayağı” azadlığa çıxır? – AÇIQLAMA
Amnistiya aktı “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirliyə şamil olunmayıb.
Az24.az xəbər verir ki, bunu Metbuat.az-a açıqlamasında tanınmış hüquqşünas, sabiq millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev yerli mediada “Nikosayağı”nın cəzadan azad olunduğu barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 19 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul edilib. Amnistiya aktı 20 min şəxsə aid edilib və 4 ay müddətində icra olunacaq.
Xatırladaq ki, N.Şakirli 2023-cü ilin avqustunda idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza zamanı avtomobildə olan dostu Ruslan Məmmədov həyatını itirib. N.Şakirli isə ağır xəsarətlər alıb və sağ qolu dirsəkdən amputasiya olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, ötən il “Nikosayağı” ləqəbi ilə tanınan N.Şakirli 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini məqsədəuyğun sayıb.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq