Nəvəmə Antalyadan ev aldım – Kubra Əliyeva

Nəvəmə Antalyadan ev aldım – Kubra Əliyeva

Şou 29.12.2025 10:27 7

“Bakıda yanına getmədiyim ürək həkimi qalmamışdı. Dərman verirdilər ki, iç keçəcək. Demə, ürək deyilmiş, süd vəzimin altında iki şiş var imiş. Xərçəng metastaz veribmiş. Ankaraya göndərdilər. Əməliyyat olunacaqdım, amma dedim, Azərbaycanda olacağam”.

Az24.az xəbər verir ki, Kubra Əliyeva “Qapqara” yutub layihəsində deyib:

“Ankarada xəstəxanaya 11 min dollar ödədim. Ölümə hazıram. Oğlumu itirdim. Onun bir övladı qaldı, köçürtdüm Türkiyəyə. Dedim, atası ilə bağlı sözləri eşitməsin. Nəvəmin 15 yaşı olanda ona Antalyada ev aldım. Dedim ki, 3 il ömrüm olsun və 18 yaşında onun adına evi keçirdə bilim. Etdim də… Uşaqlarımla bağlı hər şeyi etmişəm. İndi gənclər evsizlikdən əziyyət çəkir. Mən bütün hamısına ev aldım”.

Aktrisa narkotik aludəçisi olan və bir müddət əvvəl dünyasınl dəyişən oğlundan bəhs edib:

“Raufu heç vaxt unutmuram. Çox çəkdim. O vaxt kaş reabilitasiya mərkəzi olardı. Onu oradan çıxartmazdım. Mənim balam 5 dil bilirdi. Gənclərə deyirəm ki, eşidəndə qonşuda, yaxında kimsə bu yolun yolçusudur ondan uzaq gəzsinlər”.

Reklam