Nəriman tənqidlərə belə “cavab verdi”
“Qarabağ”ın ötən həftə Çempionlar Liqasında doğma meydanda “Ayaks”a böyük hesabla məğlub olması Qurban Qurbanovu və futbolçularını tənqid hədəfinə çevirdi. Bu tənqidlərdən ən çox ağdamlıların 21 yaşlı hücumçusu Nəriman Axundzadəyə “pay” düşdü.
AZ24.az xatırladır ki, gənc futbolçunun “Ayaks”la matçda real qol vəziyyətindən yararlana bilməməsi onu “hədəf taxtası”na çıxardı. Bir gecədə hamının futbol “mütəxəssisi” olduğu ölkədə bütün günahlar gənc futbolçunun ayağına yazıldı.
Azərbaycanın ən bahalı futbolçusu sayılan Axundzadə bu gün nümayiş etdirdiyi oyunla bu titulu halal zəhməti ilə qazandığını sübut etdi. Nəriman tənqidlərə hazırda davam edən “Qarabağ”-“Araz Naxçıvan” matçınin 41-ci dəqiqəsində vurduğu qolla cavab verdi.
Qeyd edək ki, matçın ilk yarısı Ağdam təmsilçisinin 2:0 hesablı üstünluyü ilə başa çatıb. (metbuat.az)
Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi