Nəqliyyatda bu şəxslər üçün xüsusi endirim olacaq? — AÇIQLAMA

Nəqliyyatda bu şəxslər üçün xüsusi endirim olacaq? — AÇIQLAMA

Cəmiyyət 08.01.2026 18:26 105

Hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir. Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər.

Bu sözləri “Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli deyib.

Məsafəyə görə diferensial tariflər nə dərəcədə doğrudur?

Bu model tətbiq olunarsa, sosial həssas qruplar üçün (tələbələr, pensiyaçılar) ayrıca tarif siyasəti olacaqmı?

Bu model ictimai rəy və sərnişinlərin real xərcləri nəzərə alınmadan tətbiq edilə bilərmi?

AZ24.az xəbər verir ki,mövzu ilə bağlı tribuna.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, açığı biz illərdir diferensial qiymət siyasətini təklif etmişik. Bu haqda indi danışmağa başlayıblar.

İqtisadçının sözlərinə görə, baxır onu necə tətbiq edəcəklər. Əsasən dünyanın bir çox yerlərində diferensial tarif siyasəti məhz zamana bağlıdır. Bu, o deməkdir ki, saatlıq, günlük, həftəlik, aylıq, illik, 6 aylıq biletlər olur. Bilet gediş üçün nə qədər uzunmüddətlidirsə, bir o qədər ucuz olur. Təbii ki, tələbələr, şagirdlər, təqaüdçülər üçün xüsusi qiymətlər olur. Avropa ölkələrinin bir çoxunda tələbələr üçün nəqliyyatda gedişhaqqı yarı qiymətədir.

Natiq Cəfərli qeyd edib ki, bunu bizdə necə tətbiq edəcəklər bilmirəm. Çox güman ki, diferensial qiymət ya zamana, ya da məsafəyə görə tətbiq olunacaq. Amma görək bunun tətbiqi vətəndaşların xeyrinəmi, yoxsa ziyanınamı olacağını biz tətbiqdən sonra görəcəyik.

Reklam