Nazirlikdə yeni təyinat – FOTO
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
AZ24.Az unikal-a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmrinə əsasən, Nurlan Şakir oğlu Verdiyev Nazirliyin Aparatında yeni yaradılan Aqroparklarla iş sektorunun müdiri vəzifəsinə təyin olunub.
Nurlan Şakir oğlu Verdiyev 4 sentyabr 1985-ci il tarixində Şəmkir rayonunun Düyərli kəndində ziyalı ailəsində anadan olub.
Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsini, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsini müvafiq olaraq bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomları ilə bitirib.
Çin Xalq Respublikasının Harbin Ticarət Universitetində “Biznes məlumatlarının toplanması, sistemləşdirilməsi və təhlili”, həmçinin Hindistan Respublikasının Caypuriya İdarəetmə İnstitutunda “Yaradıcı və innovativ müəssisənin inkişafı” adlı ixtisasartırma proqramlarını başa vurub.
Nurlan Şakiroğlu eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi kimi də fəaliyyət göstərir.
İngilis və rus dillərini bilir.
Ailəlidir. 2 övladı var.
Reklam
Oxşar xəbərlər
Rafael Məmmədova yüksək vəzifə verildi – FOTO
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
Tramp Azərbaycan kanalının videosunu paylaşdı – FOTO
Prezident bu qanunu imzaladı
Prezident Anar İsgəndərovla bağlı sərəncam imzaladı
Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir
İşdən çıxarılan icra başçısını bu xanım əvəz edir – FOTO
İcra Hakimiyyətində bu şöbə ləğv edildi, sektor yaradıldı