Nazirlik məşhur klinikada yoxlama keçirdi – Lisenziyası olmadığı üzə çıxdı
Səhiyyə Nazirliyi Bakıda fəaliyyət göstərən “Premium Clinic”də plandankənar yoxlama keçirib.
Az24.az Teleqraf-a istinadən xəbər verir ki, özəl klinikada yoxlama keçirilən zaman lisenziyadan kənar (ginekoloji iş stasionar) tibb fəaliyyətin və sertifikatsız tibb fəaliyyətinin təşkil olunması aşkar edilib.
Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tələblərini pozduğu üçün klinika barədə inzibati protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.
Məhkəmənin qərarına əsasən, “Premium Clinic” 6000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, “Premium Clinic”in təsisçi direktoru Mübariz Nağıyevdir. Sözügedən klinika oktyabr ayında ora müalicə üçün yollanan qadının ölümü ilə gündəmə gəlmişdi.
Reklam
Oxşar xəbərlər
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
13.01.2026
10:07
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
12.01.2026
23:42
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
12.01.2026
22:32
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
12.01.2026
19:00
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
12.01.2026
18:37
Baş nazir qərar imzaladı
12.01.2026
18:14
Sabah bu ərazilərdə qaz olmayacaq
12.01.2026
17:32