Nazir ona yüksək vəzifə verdi – FOTO
Şaiq Eldar oğlu Kazımov Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədr müavini təyin olunub.
AZ24.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, 1981-ci ildə Lənkəran rayonunda anadan olan Şaiq Kazımov 2022-ci ildən etibarən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Əmək bazarı və sosial müdafiə sahəsi üzrə tədqiqat departamentinin Monitorinq şöbəsinin müdiri, daha sonra isə İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb.
Xatırladaq ki, 2023-cü ildə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlidir.
Reklam
Oxşar xəbərlər
Prezidentin BƏƏ-yə səfəri başa çatdı
Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
“Azərbaycan Tayvanın müstəqilliyini tanımır” – Ceyhun Bayramov
Baş Nazirdən yeni QƏRAR
“Epşteyn işi”ndə adı hallanan Elmar Məmmədyarovdan AÇIQLAMA
Bakı oyuna girir: İran gərginliyində KRİTİK ZƏNG
İrana hücum hazırlığı bitdi: Bir azdan “sükut” pozulacaq
Prezident bu icra başçısını işdən çıxardı – FOTO