Nazir müavini təyin edilən Natiq Həsənov kimdir? – DOSYE

Nazir müavini təyin edilən Natiq Həsənov kimdir? – DOSYE

Siyasət 08.01.2026 20:03 248

Xəbər verdiyimiz kimi, maliyyə naziri Sahil Babayevə yeni müavini vəzifəsinə Natiq Həsənov təyin edilib.

AZ24.az bakupost.az-a istinadən Natiq Həsənovun dosyesini təqdim edir:

N.Həsənov 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Dövlət İqtisad Universitetində magistr təhsili alıb.

O, 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

2025-ci ilin mart ayından isə Maliyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışırdı.

Reklam