Naxçıvanın bu ərazilərində işıq olmayacaq
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.
AZ24.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən 35 kV-luq Şahbuz hava elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq.
Aparılacaq işlərlə əlaqədar olaraq Şahbuz şəhəri, Nursu, Mahmudoba, Kolanı, Aşağı Qışlaq, Yuxarı Qışlaq, Ağbulaq, Gömür, Ayrınc, Qızıl Qışlaq, Güney Qışlaq və Kükü kəndlərində saat 13:00-dan 14:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.
Reklam
Oxşar xəbərlər
Azərbaycana dondurucu qış gəlir – Bakı üçün xəbərdarlıq edildi
Bakı və Abşeronda məcburi köçürmələr – Kompensasiya hansı əsaslarla ödəniləcək? – DETALLAR
20 dərəcə şaxta olacaq – Bu tarixdə
Bakıya bu tarixdə qar yağacaq
Metroda bu halda əlavə ödəniş tələb olunacaq – YENİ QAYDA
“Azərbaycan Nəşriyyatı” bağlanır