Narkotik vasitənin təsiri altında olan sürücü və iki qadın sərnişin ifşa olundu
Narkotik vasitənin təsiri altında olan sürücü və sərnişinləri ifşa olundu.
Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində “Toyota” markalı avtomobilin sürücüsü Elnur Əzimov qayda pozuntusuna yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün, eləcə də avtomobildə olan iki qadın sərnişinin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yarandığından onların tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.
Bununla yanaşı, avtomobilində narkotik vasitə olmasını etiraf edən E.Əzimov və sərnişinləri barədə qanunamüvafiq tədbirlər görülməklə, toplanmış materiallar Qobustan rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə hər üç şəxs məsuliyyətə cəlb olunub, o cümlədən E.Əzimov sürücülük hüququ məhdudlaşdırılmaqla 1 ay müddənə inzibati həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Reklam
Oxşar xəbərlər
Bakının mərkəzində avtomobil yanıb – ANBAAN VİDEO
Avtomobildə yanaraq həyatını itirən 3 yaşlı uşağın FOTOSU
Gəlin qaynının 9 minlik qızılını oğurladı
Rəhman Əsgərova küçə itləri hücum etdi – FOTO
Bakı-Sumqayıt yolunda avtobus yandı – FOTO
Tanınmış alim və pedaqoq vəfat etdi – FOTO
Saatlıda ər və arvad faciəvi şəkildə öldü