az24.az saytı 06.02.2026-ci il tarixindən etibarən, fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.
Nar bu xəstəlik riskini AZALDA BİLƏR

Nar bu xəstəlik riskini AZALDA BİLƏR

Sağlamlıq 05.02.2026 11:43 13

Narın tərkibində olan “Punicalagin” maddəsi ürək-damar və metabolik xəstəliklər riskini azalda bilər. “Quadram” Qidalanma və Sağlamlıq Araşdırmaları İnstitutunun (Böyük Britaniya) alimləri belə nəticəyə gəliblər.

AZ24.az xəbər verir ki, araşdırmanın nəticələri “Food & Function” (F&F) jurnalında dərc olunub.

“Punicalagin” nar şirəsində və qabığında, eləcə də qızılgül kimi digər bitkilərdə olan maddədir. Bu maddə hüceyrələri zərərli təsirlərdən və toksinlərdən qoruyan antioksidant kimi fəaliyyət göstərir.

Tədqiqatçılar “Punicalagin”in L-karnitindən əmələ gəlməsini demək olar ki, tamamilə blokladığını nümayiş etdiriblər. Bu proses vacib sayılır, çünki TMA qaraciyərdə əvvəllər ateroskleroz, diabet və ölüm hallarının artması ilə əlaqəli bir molekula çevrilir.

Yeganə

Reklam