Namusumu təmizlədim, peşiman deyiləm – Hoteldəki qətlin detalları
Anasını hoteldə öldürən yeniyetmənin məhkəməsi başlayıb.
Az24.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi anasını qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı A.Q-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən A.Q ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bilib.
Təqsirləndirilən A.Q ifadə verməkdən imtina edib. O, istintaqda verdiyi ifadəni təsdiq edib.
Məhkəmə A.Q-nın ilkin istintaqda verdiyi ifadəni səsləndirib.
A.Q istintaqa verdiyi ifadəsində törətdiyi əməldən peşiman olmadığını deyib:
“Mən namusumu təmizləmişəm, peşiman deyiləm”.
Növbəti proses gələn il, yanvarın 21-nə təyin edilib.
Xatırladaq ki, həyat yoldaşından ayrılan 1989-cu il təvəllüdlü Ə. Q. yeniyetmə oğlu A.Q ilə 2025-ci ilin avqustunda Türkiyədən Bakıya gəlib. Onlar bir günlük ‘Bakı Beynəlxalq Avtovağzal Kompleksi’nin daxilində yerləşən hoteldə gecələməli olublar.
A.Q anasına Türkiyədə geyindiyi qısa ətək və şortlarını Bakıda geyinməsinə icazə verməyib. Bu zaman onlar arasında mübahisə düşüb. Mübahisə zəminində A.Q oteldə anasını qətlə yetirib.
Reklam
Oxşar xəbərlər
Mətanət Piriquliyeva 21 illik vəzifəsindən azad edildi
Nazir onu yeni prorektor təyin etdi
Prezidentin ad günündən ailə FOTOsu
Sabah Sumqayıtda min abonentin qazı kəsiləcək
JEK-lər ləğv olunur? – Kommunal ödənişlər dəyişə bilər
Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi
Qubada gəlin qayınanasının saçından tutub başını divara çırpdı
Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ – Yanvarın 18-də…