Namiq Qaraçuxurlu Xalq artisti olmalıdır – Müğənninin cavabı OLAY OLDU
Müğənni Ayaz Babayevin meyxanaçı Namiq Qaraçuxurlu barəsindəki açıqlaması müzakirələrə səbəb olub.
Az24.az xəbər verir ki, müğənninin “Pərvizə görə” verilişində qonaq olarkən aparıcının “Şou-biznesdə kim dəyərləndirilmir, amma dəyərli sənətkardır” sualına cavabı təccübləndirib.
“Namiq Qaraçuxurlu mənə görə Xalq artisti olmalıdır. O, Azərbaycan folklorunu zirvəyə daşıyıb. Uşaqlıqdan onun xəstəsiyəm. Bu ada da layiqdir”.
Ayaz Babayev həmçinin həmkarı Əhməd Mustafayevin onu “bloger” adlandırmasına da cavab verib:
“O söhbətdən sonra Əhmədlə üz-üzə gəlməmişəm, gəlsəm, salamlaşaram. Onları da qınamıram, mənim də qarşımda Ayaz Babayev olsa, söz atardım. Bilirəm ki, reaksiya gələ bilərdi. Məndən istifadə etmək istəyirlər, etsinlər. Sorurşurlar ki, niyə bloger deyirsən? Deyir, blogerlərlə oturub-durur. Mən cərrahlarla oturub-dursam, cərrah oluram? İnsanın fikri düz deyil. Mən səhifəmi influenser-artist kimi işlədirəm. Çoxşaxəli artistəm. Sən nəyisə bacarmırsansa, sadəcə səhnədə toy oxuyursansa… Əslində hamının öz səhifəsi, blogu var. Bu sözü deyəndə düşünürlər ki, Ayaza təsir edir, əksinə, reklamlarım artır”.
Reklam
Oxşar xəbərlər
Zaur Səidənin CAVABINI VERDİ: Onun tək istəyi…
Aparıcı efirdə kişilərdən bahalı hədiyyələr istədi – VİDEO
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ