Namaz qıldığı üçün arvadını döyüb, dişlərini qırdı
Abşeronda kişi dini inancla bağlı mübahisə zamanı arvadını döyüb.
Az24.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.
36 yaşlı Ümid Əzizov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadı ilə dini inanc məsələsi üstündə mübahisə edib. Bu zaman o, yumruq, təpik və sillə ilə qadının bədəninin müxtəlif nahiyələrinə vuraraq, xəsarətlər yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 3 övladları var və arvadı ilə aralardan dəfələrlə mübahisələr olub:
“Səhər saat 4-də evə gəlib gördüm ki, uşaqlar yatıb amma arvadım yoxdur. Əsəbiləşdim. Evdən çıxdım və günorta yenidən qayıtdım. Evdə arvadımla mübahisəmiz düşdü. O, dini ad altında dələduzlara qoşulub və onu yolundan geri döndərməyə çalışırdım. Mübahisə zamanı o, üstümə qışqırdı. Mən də əsəbiləşib sifətinə təpiklə zərbə vurdum. Nəticədə dişləri sındı”.
Ümid Əzizov əməlindən peşman olduğunu, dəfələrlə cəhd etsə də, arvadı ilə barışa bilmədiyini qeyd edib. Məhkəmədən barəsində ədalətli qərar verilməsini xahiş edib.
Zərərçəkən qadın isə deyib ki, həmin gün yoldaşı ilə əvvəlcə pul üstündə dalaşıb. Əri onu vurduğu üçün küçəyə qaçıb və 1 saat sonra evə qayıdıb:
“Günorta yenə aramızda pul və dini görüşlərim üstündə mübahisə düşdü. Ərim deyirdi ki, namaz qılma. Mən qılacam deyəndə, o, üstümə gəlib sən kimsən deyə qışqırdı və məni vurmağa başladı. Zərbələrdən aşağı əyiləndə təpiklə ağzıma vurdu, dişlərim sındı. Hadisə barədə baldızıma məlumat verdim. O da Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək, müraciət etdi”.
Zərərçəkən əlavə olaraq bildirib ki, əri ilə barışmayıb və onun haqqında qanunauyğun tədbir görülməsini xahiş edir.
Abşeron rayon Məhkəməsinin qərarı ilə Ümid Əzizov barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Reklam
Oxşar xəbərlər
Bakıda restoranda yanğın baş verib – VİDEO
Tovuzda zəncirvari qəza – Xəsarət alan var
Ağdərədə mina partladı: xəsarət alan var
İki oğlu şəhid olan ana vəfat etdi
Bakıda DƏHŞƏT: Sürücü diri-diri yandı
Bakıda yeniyetmə qızın müəmmalı ölümü: “Telefonda qorxulu videolara baxırmış” – VİDEO
Metroda infarkt keçirib, öldü