“Musiqi mənim üçün siyasətdən kənardır” – Samirə
“Astanada keçirilən “Silk Way Star” (“İpək Yolu Ulduzu”) musiqi müsabiqəsinin finalında Azərbaycanı münsiflər heyətində təmsil etmək mənim üçün böyük şərəf idi”.
Az24.az xəbər verir ki, bu sözləri son günlər gündəmdə olan müğənni Samirə Əfəndi sosial şəbəkədəki paylaşımında yazıb.
“Bu layihənin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Respublikası, “Jibek Jolly” və “Silk Way Star” komandasına səmimi təşəkkürümü bildirirəm. Finalçıların hər biri yüksək səviyyəli, istedadlı və səhnə mədəniyyətinə malik ifaçı idi, onların hər biri öz unikal səsi, performansı və yaradıcılığı ilə finala layiq görülmüşdü. Buna görə də 12 ölkədən finala çıxan 7 ölkənin hər birini ən yüksək xal ilə qiymətləndirdim: Çin 12 xal, Ermənistan 12 xal, Gürcüstan 12 xal, Qazaxıstan 12 xal, Malayziya 12 xal, Monqolustan 12 xal, Özbəkistan 12 xal. Bu, hər bir iştirakçının əməyinə və istedadına olan hörmətimin ifadəsidir. Mənim üçün musiqi siyasətdən kənardır və həmişə insanları birləşdirən bir vasitə olaraq qalacaq”.
Reklam
Oxşar xəbərlər
“Velizar” illər ərzində belə DƏYİŞDİ – VİDEO
Magistraturaya qəbul imtahanı bu tarixdə olacaq
“Epşteyn sənədləri”ndə 2 azərbaycanlının da adı var – Biri keçmiş nazir, biri deputatdır – FOTO
Yaxın günlərdə qar və çovğun olacaq? – Rəsmi
Bu ərazilərdə su kəsildi
Avtobus idarə edəcək qadın sürücülərin sayı ARTIRILIR
Şaxta olacaq, yollar buz bağlayacaq – PROQNOZ