Murad Sultanlı saxlanıldı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının sədri Murad Sultanlının saxlanıldığı bildirilir.
Az24.az “yeni sabah”a istinadla xəbər verir ki, bu barədə partiya funksionerləri məlumat yayıb.
Onlar qeyd edib ki, M.Sultanlının şəxsi telefonuna 2 gündür zəng çatmır. Lakin hadisənin təfərrüatları məlum deyil.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.
Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.
Reklam
Oxşar xəbərlər
Prezident Əbu-Dabidə səfərdədir
General-mayor vəzifəsindən azad edildi – FOTO
Axtarışa verilən Abbas Abbasov kimdir? – DOSYE
Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə hərbi yardım göstərəcək
Prezident Bəhreynin Kralını təbrik etdi
Limitli tariflər dövrü bitir? – MÜHÜM AÇIQLAMA