Muğanlı-İsmayıllı yolunda AĞIR QƏZA: Ölən var – VİDEO

Muğanlı-İsmayıllı yolunda AĞIR QƏZA: Ölən var – VİDEO

Hadisə 08.01.2026 11:26 30

Muğanlı-İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən 8-ci kilometrində Balakən rayon sakini Faiq Orucovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq beton səddə dəyib.

Bu barədə Az24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qəza nəticəsində avtomobildə olan sərnişin  – sürücünün həyat yoldaşı ölüb.

Bildirilib ki, hadisənin baş verməsinə səbəb, sutkanın qaranlıq vaxtı yola nabələd sürücünün tikinti işləri aparılan yolda quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etməməsi, sürət həddini yol və hava şəraitinə uyğun seçməməsi ehtimal olunur.

Baş Dövlət Yol Polisi İdarəsi yolda təhlükəsizliyə etinasız yanaşmanın arzuları yarıda qoyduğunu bir daha xatırladır, sürücülərdən qeyd olunan hadisədən düzgün nəticə çıxarmağa, təmir-tikinti işlərinin aparıldığı ərazilərdə hərəkət edərkən daha diqqətli olmağa, mövcud vəziyyəti düzgün qiymətləndirməyə, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyə, ötmə və manevretmə zamanı ehtiyatlı olmağa çağırır.

Reklam