Müdafiə Nazirliyinin mayoru həbsdə qaldı
Müdafiə Nazirliyin “İstirahət evi”nin rüşvət almada təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Az24.az APA-ya istinadla xəbər veri ki, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, təqdimat təmin edilib və İlham Haqverdiyevin həbs müddəti 1 ay 20 gün müddətinə uzadılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbirlər nəticəsində Nazirliyin “İstirahət evi”nin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi.
Təqsirləndirilən İlham Haqverdiyevin Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq