Mübariz Mənsimov barəsində istintaq başladıldı
Türkiyənin Küçükçekmece Respublika Prokurorluğu azərbaycanlı iş adamı Mübariz Mansimov barəsində istintaqa başlayıb.
Az24.azxəbər verir ki, istintaq əsasən bir müddət əvvəl fəaliyyətini dayandıran Ekol TV-nin pul dövriyyəsi, maliyyələşmə mənbələri və səhm paylarının ötürülməsi ilə bağlı məsələlərlə bağlıdır.
Prokurorluq onunla yanaşı Veysel Şahin, hüquqşünas Ersan Şen və Ekol TV-nin baş redaktoru Emrah Doğru barəsində istintaqa başlayıb.
Hüquq-mühafizə orqanları bəzi maliyyə əməliyyatlarını şübhəli hesab edərək onları ayrıca nəzarətə götürüb. Bildirilir ki, kanalın yaradıldığı gündən bu günə qədər olan bütün ortaq strukturları və maliyyə əlaqələri detallı şəkildə araşdırılır.
Qeyd edək ki, təxminən iki ildir fəaliyyət göstərən Ekol TV son dövrlərdə yaşanan iqtisadi çətinlikləri əsas gətirərək yayım fəaliyyətini dayandırmaq qərarı vermişdi.(modern.az)
Reklam
Oxşar xəbərlər
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Xəbərdarlıq yox, faiz var: Bələdiyyədən sakinlərə Yeni il “SÜRPRİZİ”