MTV-yə bu kadrlara görə XƏBƏRDARLIQ EDİLİB – VİDEO

MTV-yə bu kadrlara görə XƏBƏRDARLIQ EDİLİB – VİDEO

Cəmiyyət 18.12.2025 17:43 17

MTV kanalında efirə gedən “Xoş Sabah” proqramında canlı yayım zamanı gərginlik yaranıb.

Az24.az xəbər verir ki, verilişin qonaqları arasında baş verən mübahisə studiyada diqqət çəkən anlara səbəb olub.

Aparıcı tərəflər arasında yaranan gərginliyi aradan qaldırmağa çalışsa da, müzakirə daha da kəskinləşib. Qonaqların dağılmış ailələr mövzusunda səsləndirdikləri fikirlər bir-birinə zidd olub və qarşılıqlı narazılıq yaradıb.

Qeyd edək ki, yayımlanan həmin kadrlarla bağlı MTV kanalına rəsmi xəbərdarlıq edildiyi barədə daha əvvəl məlumat vermişdik.

Bildirilib ki, boşanma haqqında danışmaq, müzakirələr keçirmək olar, amma boşanmanın “inkişaf” kimi təqdim olunması, digər tərəfdən, boşanmanın əxlaqsızlıqla eyniləşdirilməsi qəbuledilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində açıq bəyan edilir ki, ailə cəmiyyətin əsas özəyidir və dövlətin himayəsindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində boşanma hüququ tanınır, amma boşanma müsbət sosial dəyər kimi təqdim edilmir və ailənin qorunması prioritet hesab olunur. Audiovizual Şuranın üzvləri tərəfindən “boşanmaq inkişafdır” ifadəsi Ailə Məcəlləsinin, habelə “Media haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunların bir sıra müddəalarının məqsəd və ruhuna zidd mesaj kimi qiymətləndirilib, qeyd olunan yayımla bağlı “MTV” kanalına ciddi xəbərdarlıq olunub.

Verilişdə baş verənlər sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.(milli.az)

Reklam