Moskva-Gəncə aviareysi hava şəraitinə görə gecikib

Moskva-Gəncə aviareysi hava şəraitinə görə gecikib

Cəmiyyət 03.01.2026 15:33 6

Rusiyanın “Ural Airlines” aviaşirkətinə məxsus U6 2411 Moskva-Gəncə və U6 2412 Gəncə-Moskva reyslərində müşahidə olunan gecikmə Moskva şəhərində əlverişsiz hava şəraiti ilə əlaqədardır.

Az24.az xəbər verir ki, Gəncə beynəlxalq hava limanındanbildirilib ki, U6 2411 nömrəli reysin Moskvadan uçuşu yerli vaxtla saat 16:05-ə planlaşdırılıb.

Əvvəlcə Moskva-Gəncə reysinin yerli vaxtla saat 10:00-a, Gəncə-Moskva reysinin isə saat 15:50-yə planlaşdırıldığı bildirilmişdi. (iqtisadiyyat.az)

Reklam