MİQ imtahanları ödənişli olacaq
Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq.
Az24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ümumi təhsil haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib.
Qeyd edilib ki, dəyişikliklərə əsasən, ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.
Bundan əlavə, ölkə başçısının imzaladığı Fərmana əsasən, Nazirlər Kabineti müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləğini üç ay müddətində təsdiq edib, Azərbaycan Prezidentinə məlumat verməlidir.
Reklam
Oxşar xəbərlər
Hacıbala Abutalıbov bu kəndə köçüb
Bakıdan Qəbələyə hər gün qatarla gedə biləcəksiniz
Bu məlumatları sosial şəbəkələrdə paylaşmaq qadağan olundu
Hava KƏSKİN DƏYİŞİR: 6 gün qar yağacaq, 20 dərəcə şaxta olacaq
Magistratura imtahanlarında dəyişiklik edildi – RƏSMİ
Naxçıvanda bu ərazilər işıq olmayacaq