Minimum əmək haqqı anlayışı dəyişdirildi
Qanunvericilikdəki minimum əmək haqqı anlayışı təkmilləşdirilib.
AZ24.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Daha əvvəl minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab edilirdi.
Qanuna əsasən, minimum əmək haqqı ölkədə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq, aylıq orta əməkhaqqı, pul vahidinin alıcılıq qabiliyyəti, sosial müavinətlərin məbləği, əsas sosial demoqrafik qruplar üzrə yaşayış minimumu səviyyəsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və saxlanılması nəzərə alınmaqla işçilərin və onların ailələrinin tələbatına uyğun ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab ediləcək.
Reklam
Oxşar xəbərlər
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Bu yolda sürət həddi endirildi
İxtisar zamanı bu şəxslərə toxunulmayacaq
Sosial şəbəkələrdə bunu edənlər cəzalandırılacaq
Azərbaycana soyuq hava dalğası gəlir
Valideynlik hüquqları hansı hallarda məhdudlaşdırılır?
Maaşlar ayda 2 dəfə veriləcək – YENİ QAYDA