Mingəçevirdə qətlə yetirilən şagirdin FOTOSU
Mingəçevirdə 17 yaşlı şagirdin qətli ilə bağlı yeni detallar məlum olub.
Az24.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, dünən Mingəçevirdə iki məktəbli arasında baş verən və ölümlə nəticələnən hadisə ilə bağlı bir sıra məqamlar üzə çıxıb.
Məlumata əsasən, bıçaqlanaraq qətlə yetirilən 2008-ci il təvəllüdlü Elman Etibar oğlu Sarıyev bir müddət əvvələ qədər şəhərin 1 saylı orta məktəbində təhsil alıb. O, 10-cu sinifdən etibarən 17 saylı orta məktəbə köçürülərək təhsilini həmin məktəbdə davam etdirib. Ailədə iki qardaş olublar.
Hadisəni törətməkdə şübhəli bilinən, mərhumdan iki yaş böyük Cavidan Əliyev isə Mingəçevir şəhər 6 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Məlumata görə, onun anası — Şəms xanım — pedaqoqdur.
Hadisənin motivi ilə bağlı müxtəlif versiyalar səsləndirilsə də, hələlik rəsmi açıqlama yoxdur. Bildirilir ki, qətldən az əvvəl hər iki şagird çayxanada birlikdə olub. Orada hansı səbəbdən mübahisə yarandığı və münaqişənin ölümə gətirib çıxarma mexanizmi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Reklam
Oxşar xəbərlər
Arvadını bıçaqlayıb Çinə qaçan ər tutuldu
Bakıda SSRİ bayrağı qaldıranlar həbs olundu – VİDEO
Terrorçuluğun maliyyələşdirilməsinə görə üç nəfərə ağır cəza verildi
Bakıda fəvvarələr meydanında yanğın söndürüldü – YENİLƏNİB
Toy yasa döndü: Kişi oynadığı yerdə öldü
Bakıda toyda TƏHLÜKƏLİ ANLAR – Qonaqlar təxliyə olundu
Azərbaycanlı yeniyetmə namaza görə polisi bıçaqladı – ANBAAN VİDEO