Millimiz 1:3 hesabı ilə Fransaya məğlub oldu
DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan milli komandası evdə Fransa milli komandası ilə üz-üzə gəldi. Matç 1:3 hesabı ilə qonaqların xeyrinə başa çatdı.
AZ24.az xəbər verir ki, matçın ilk dəqiqələrində Azərbaycan yığması fəal çıxış edərək hesabı açsa da, fransız millisi sürətli hücumlarla vəziyyəti dəyişməyi bacarıb.
Görüşün 4-cü dəqiqəsində Renat Dadaşovun vurduğu qol Azərbaycan komandasına erkən üstünlük qazandırdı. Lakin Fransa yığması 17-ci dəqiqədə Matetanın zərbəsi ilə hesabı bərabərləşdirdi. Ardınca 30-cu dəqiqədə Maqnes Akliuş fərqi artırdı, 45+1-ci dəqiqədə isə Hefren Türamın qolu oyunda son nəticəni müəyyənləşdirdi.
Məğlubiyyətə baxmayaraq, Azərbaycan millisi matç boyunca mübarizliyini qoruyub və bir neçə dəfə təhlükəli hücumlarla rəqib qapısını yoxlayıb. Fransa milli komandası isə texniki üstünlük və oyun nəzarəti ilə diqqət çəkərək qrup mərhələsində liderliyini möhkəmləndirib.
Reklam
Oxşar xəbərlər
“Qarabağ” məğlub oldu
Bu gün “Qarabağ”ın oyunu var
“Qarabağ”ın yeni transferinin kimliyi bilindi – O, artıq Bakıdadır!
“Qarabağ” ilk transferini reallaşdırdı
“Kayrat”dan “Qarabağ”la bağlı maraqlı paylaşım – VİDEO
“Qarabağ” – “Nyukasl” matçının saatı açıqlandı
“Qarabağ” bu mövsüm nə qədər qazanıb?
“Beşiktaş” heyətini “İnter”in futbolçusu ilə gücləndirdi