Milli Qəhrəmanın anası vəfat etdi – FOTO
Milli Qəhrəman Ərəstun Mahmudovun anası vəfat edib.
Az24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhidin anası Sufayi Mahmudova yaşadığı İsmayıllı rayonunun Pirəbilqasım kəndində 90 yaşında dünyasını dəyişib.
O, uzun müddətdir səhhətindəki problemlərdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Ə.Mahmudov 1957-ci ildə anadan olub, Leninqrad vilayətində Mülki Aviasiya Məktəbini bitirib. O, Birinci Qarabağ müharibəsində helikopterin bort mexaniki kimi iştirak edib. Onun cəbhəyə son uçuşu 1992-ci ilin yanvarın 28-də olub. Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mi-8 helikopteri erməni quldurları tərəfindən raketlə vurulub. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak olub.
Milli Qəhrəmanın oğlu, bort operatoru olan Elnur Mahmudov da atasının taleyini yaşayıb. Belə ki, 30 yaşlı E.Mahmudov 2011-ci ilin iyulun 6-da Azərbaycan yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində həlak olub. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı