Meyvə şirələrinin içindən çıxan naməlum maddə nədir? – VİDEO
Sosial şəbəkələrdə müəyyən markalara məxsus karton qutularda satılan meyvə şirələri ilə bağlı şikayətlər artıb.
İddia olunur ki, şirələrin içindən ağ və qara rəngdə, torpağa bənzəyən qatqılar və ya naməlum cisimlər çıxır.
Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
“Bunlar meyvə şirələrinə qatılan kimyəvi maddələrdir”, – vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib: “Ola bilər ki, məhsulun son istifadə tarixi bitib və yararsız şirənin tarixini dəyişdiriblər”.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, sosial şəbəkələrdə müxtəlif xarakterli, hətta baxış sayı toplamaq və diqqət çəkmək məqsədilə videolar paylaşıla bilər. Bu səbəbdən belə məlumatların dəqiqliyi hər zaman təsdiqlənmiş hesab edilmir.
Agentlikdən qeyd edilib ki, qida sahəsində hər hansı uyğunsuzluqla rastlaşan vətəndaşlar qida məhsulunun qəbzini, faktın qeydə alındığı satış obyektini və tarixi təqdim etməklə AQTA-nın “1003” Çağrı Mərkəzinə müraciət edə bilərlər: “Məlumat daxil olduqdan sonra araşdırma aparılacaq və zəruri tədbirlər görüləcək”.
Reklam
Oxşar xəbərlər
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Xəbərdarlıq yox, faiz var: Bələdiyyədən sakinlərə Yeni il “SÜRPRİZİ”