“Meydan TV” işi üzrə məhkəmə başladı

“Meydan TV” işi üzrə məhkəmə başladı

Cəmiyyət 12.12.2025 12:14 22

“Meydan TV işi” üzrə saxlanılan jurnalistlərin məhkəməsi başladı.

Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov, Meydan TV-nin baş redaktoru Aynur Qəmbərova, jurnalistlər Natiq Cavadlı, Aytac Tapdıq, Aysel Umudova, Ülviyyə Quliyeva, Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə, müstəqil jurnalist Nurlan Qəhrəman, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev və foto-müxbir Əhməd Muxtarın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilir. Dövlət ittihamını Baş Prokurorluğun dövlət ittihamı idarəsinin Ağır Cinayətlər üzrə prokuroru Elgin Qafarov təmsil edir.

Hazırda proses davam etdirilir.

Reklam