Metroda nə baş verib? – Rəsmi açıqlama yayıldı
“Nərimanov” elektrik deposunun yol sahələrində yüksək gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkəti intervalında gecikmələr olub.
Az24.az xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, qısa müddət sonra “Nərimanov” elektrik deposu xətlərinə yüksək gərginliyin verilməsi tam bərpa olunub: “Qatarların xəttə daxil olması prosesi artıq başlanıb.
Baş vermiş qısa fasilə səbəbindən hazırda qatarlararası intervalda müəyyən gecikmələr müşahidə olunur.
Qrafikə uyğun fəaliyyətin bərpa olunması üçün xidmətlərimiz tərəfindən zəruri tədbirlər görülür və yaxın zamanda hərəkət tam normallaşdırılacaq.
Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığa görə üzr istəyirik”.
Qeyd edək ki, metroda yaranan qısa fasilə səbəbindən “Bakmil” stansiyasının fəaliyyəti də məhdudlaşmışdı.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq