Metro və avtobuslarda ödənişlər belə olacaq – AÇIQLAMA
Gələcəkdə metro və avtobuslarda vahid, güzəştli tarif sisteminin tətbiqi mərhələli şəkildə həyata keçirilə bilər. Bəs, gələcəkdə metro və avtobuslarda vahid, güzəştli tarif sisteminin tətbiqi planlaşdırılırmı?
Az24.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, yanvarın 1-dən etibarən ictimai nəqliyyatda brutto müqavilələrə keçid prosesi başlayacaq. Onun sözlərinə görə, bu sistem daşıyıcıların maliyyə dayanıqlığını təmin və dövlət tərəfindən subsidiyalaşdırmanı özündə ehtiva edir.
“Brutto sistemə mərhələli keçid tamamlandıqca vahid bilet və güzəştli tarif paketlərinin formalaşması mümkün olacaq. Belə ki, gələcəkdə sərnişinlər üçün günlük, aylıq və illik biletlərin tətbiqi nəzərdə tutula bilər ki, bu da müxtəlif sosial güzəştləri əhatə edəcək”.
Rauf Ağamirzəyevin sözlərinə görə, yeni sistem çərçivəsində tranzit vaxtı anlayışı da tətbiq oluna bilər.
“Bu zaman sərnişinlər 60 və ya 90 dəqiqə ərzində bir nəqliyyat növündən digərinə əlavə ödəniş etmədən keçid edə biləcəklər. Xüsusilə uzaq ərazilərdən gələn vətəndaşlar bir dəfə ödəniş etməklə bir neçə nəqliyyat növündən istifadə imkanı qazanacaqlar”.
Ekspert vurğulayıb ki, bütün bu yeniliklər mərhələli şəkildə həyata keçiriləcək və daşıyıcıların sistemə inteqrasiyasından asılı olaraq tətbiq olunacaq.
Reklam
Oxşar xəbərlər
Sabah işıq kəsiləcək – Bu ərazilərdə
Bu məcburi köçkünlərin evləri təmir olunacaq
Sumqayıtın bu ərazilərində qaz kəsiləcək
Kirayə mənzillər bahalaşacaq – BU TARİXDƏN
Bu şəxslərə iki dəfə çox maaş ödəniləcək
Azərbaycanda bu ailələrə uşaq pulu verilir – MƏBLƏĞ
Bakının bu ərazilərində qaz kəsiləcək
