Metro istifadəçilərinə BƏD XƏBƏR: Bu stansiyanın çıxışı bağlanır

Metro istifadəçilərinə BƏD XƏBƏR: Bu stansiyanın çıxışı bağlanır

Cəmiyyət 06.01.2026 19:00 30

Yanvarın 7-dən yaşıl xəttin “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır.

Az24.az xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq, döşəmədə 370 kvadratmetr sahədə mozaika üzlük qranitlə dəyişdiriləcək.

Qeyd olunub ki, təhlükəsizlik və işlərin operativ aparılması məqsədilə keçid qismən sərnişinlər üçün açıq olacaq və stansiyanın 4-cü çıxışı müvəqqəti bağlanacaq.

Reklam