Məşhur müğənnilər digərlərindən daha az yaşayır – ARAŞDIRMA
Yeni aparılan elmi araşdırma məşhur müğənnilərin daha erkən öldüyünü üzə çıxarıb. Almaniyanın Witten/Herdecke Universitetinin alimləri Avropa və ABŞ-dakı tanınmış müğənnilər üzərində geniş analiz aparıb və maraqlı nəticələr əldə ediblər.
Az24.az xəbər verir ki, tədqiqat göstərib ki, solo ifaçı kimi məçhurlaşan müğənnilər daha az tanınan sənətçilərlə müqayisədə orta hesabla 5 il daha tez vəfat edir. Alimlər bunu məşhurluğun gətirdiyi böyük stress, psixoloji gərginlik və emosional dəstək çatışmazlığı ilə əlaqələndirirlər.
Araşdırmada 1950–1990-cı illərdə məşhurluq qazanan 324 müğənni təhlil edilib. Onlar yaş, cins, millət və musiqi janrına görə eyni göstəricilərə malik daha az tanınan müğənnilərlə müqayisə olunub.
Məşhur müğənnilərin çoxu ABŞ-lı, ağdərili kişi rok ifaçılarıdır. Araşdırmaya cəlb olunan müğənnilərin 16,5%-i qadın, 19%-i isə afroamerikalıdır.
Müqayisə zamanı belə bir nəticə ortaya çıxıb:
Məşhur müğənnilər adətən 75 yaşına qədər yaşayır.
Daha az tanınan sənətçilər isə orta hesabla 79 il ömür sürür.
Bundan başqa musiqi qruplarında çıxış edənlərin ölüm riski tanınmış müğənnilərlə müqayisədə 26% daha aşağıdır.
Məşhur solo ifaçıların ölüm riski həmyaşıdlarına nisbətən 33% daha yüksəkdir.
Reklam
Oxşar xəbərlər
Qarşınızdakı şəxsin xaosa meyilli olduğunu göstərən 7 ƏLAMƏT
Günəş işığı kişilərdə depressiya riskini AZALDIR
Ən problemli BÜRCLƏR
Eyfel qülləsini 2 dəfə satdı – Dünyanı aldadan adamın HƏYAT HEKAYƏSİ
Bu qidaları soyuducuda saxlamaq olmaz – XƏBƏRDARLIQ
SSRİ-nin ilk milyonçusu olan azərbaycanlı niyə dəlixanaya düşdü və ac öldü? – FOTOLAR