Məşhur kurortda Yeni il gecəsi GÜCLÜ YANĞIN: 40 ölü, 100 yaralı (YENİLƏNDİ)
İsveçrənin Kran-Montana dağ-xizək kurortundakı barda baş verən partlayış nəticəsində təxminən 40 nəfər ölüb, azı 100 nəfər yaralanıb.
***
Yanvarın 1-də İsveçrənin Alplar bölgəsində yerləşən məşhur xizək kurortu Kran-Montanada Yeni il gecəsi keçirilən şənlik zamanı faciə baş verib.
Az24.az xəbər verir ki, yerli vaxtla təxminən saat 01:30‑da kurortun mərkəzindəki məşhur “Le Constellation” barında partlayış baş verib və alovlanma olub.
Ərazidə çoxlu sayda insan Yeni ili qeyd edirdi. Valais kanton polisinin sözçüsü Gaëtan Lathionin verdiyi açıqlamaya görə, partlayışın səbəbi hələlik məlum deyil və araşdırma davam edir.
Hadisə nəticəsində bir neçə nəfər həlak olub və bir çox insan xəsarət alıb.
Yanğın və partlayışdan sonra barın içi və ətrafı alovlara bürünüb, fövqəladə xidmətlər və xilasetmə qrupu hadisə yerinə cəlb olunub. Hazırda itkin və yaralılarla bağlı dəqiq rəqəm açıqlanmır, polis və digər hüquq‑mühafizə orqanları istintaqı davam etdirirlər. Ailə üzvləri üçün məlumat dəstəyi xətti yaradılıb və yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Dəniz
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO