Məscidlərdə çəkiliş qadağan olundu – Həccə gedənlər OXUSUN

Məscidlərdə çəkiliş qadağan olundu – Həccə gedənlər OXUSUN

Dünya 09.12.2025 10:56 21

Səudiyyə Ərəbistanı 2026-cı ildə keçiriləcək Həcc mövsümünə hazırlıq çərçivəsində mühüm qərar verib.

Az24.az xəbər verir ki, Məkkə şəhərindəki Məscidül-Həram və Mədinə şəhərindəki Məscidün-Nəbəvi məscidlərinin bütün ərazilərində foto və video çəkilişi rəsmi olaraq qadağan edilib.

Rəsmi məlumatda qeyd olunub ki, telefonlar, kameralar və digər çəkiliş vasitələri – həm daxildə, həm də məscidlərin ətrafında – istifadəsi tamamilə yasaqlanır. Bu qərarın məqsədi zəvvarların məhrəmiliyini qorumaq, ibadət zamanı mənəvi atmosferi saxlamaq və kütləvi ziyarət zamanı yaranan sıxlığı azaltmaqdır.

Məscid və Həcc məkanlarında bu qaydalara riayət etməyənlərə qarşı təhlükəsizlik orqanlarının nəzarəti gücləndirilib. Qaydaya zidd hərəkətlər kameraların müsadirəsi və ya cərimə kimi tədbirlərlə nəticələnə bilər.

Səudiyyə rəsmiləri bəyan ediblər ki, bu yeni qayda ziyarətçilərin ibadətini maneəsiz və sakit şəkildə yerinə yetirməsinə şərait yaradacaq, mənəvi sükunəti qorumağa xidmət edəcək.

Dəniz

Reklam