Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
Gələn ildən mənzil bazarında qiymətlərin azalması müşahidə oluna bilər. Əmlakçılar və daşınmaz əmlak üzrə ekspertlər bu qənaətdədirlər.
Az24.az xəbər verir ki, mütəxəssislərin fikrincə, xüsusilə bahalı mənzillərin qiymətində enmə daha qabarıq hiss ediləcək. Qeyd olunur ki, 2025-ci ildə həm köhnə, həm də yeni tikililərdə mənzil qiymətlərində sürətli artım qeydə alınıb. Lakin növbəti ildə bazarda tendensiyanın dəyişəcəyi gözlənilir.
Əmlak bazarında əsas dəyişiklik daha çox beşmərtəbəli binalardakı, eləcə də birotaqlı və sahəsi kiçik olan mənzillərdə müşahidə olunur. Hazırda bu tip mənzillərin qiyməti 110-120 min manat civarındadır. Lakin alıcılar artıq bu məbləği ödəmək istəmirlər. Satışda tələsən şəxslər qiyməti 105 min manata qədər endirməyə məcbur qalırlar.
Əhalinin əsas tələbatı aşağı və ortaqiymətli mənzillərə yönəldiyindən bu seqmentdə qiymətlərin daha çox stabilləşəcəyi gözlənilir. Ekspertlər bildirirlər ki, bu kateqoriyada 2-5 min manat aralığında cüzi ucuzlaşma baş verə bilər.
Daha ətraflı ATV-nin videomaterialında:
Reklam
Oxşar xəbərlər
FHN gücləndirilmiş iş rejiminə keçir
58 yaşlı Əməkdar artistin bədəni çürüyür? – Həkimlə bağlı araşdırma aparılır – FOTO
Bu ərazilərə qar yağıb, 12 dərəcə şaxta olub – FAKTİKİ HAVA
Əhaliyə VACİB XƏBƏRDARIQ: Dekabrın 30-31-də…
Zəngəzurda nəhəng dağların arasından yol çəkilir – VİDEO
Bu şəxslər daha az vergi ödəyəcək
Bakıda bu yolda yeni svetaforlar quraşdırıldı – VİDEO
Hava Limanı yolunda sürət həddi bərpa edildi