Mənim adımla ictimaiyyəti çaşdırmayın – Rəqsanədən XƏBƏRDARLIQ
“Bəzi səhifələrə və özünü “media” kimi təqdim edən profillərə rəsmi xəbərdarlıq edirəm. Mən heç bir sosial platformada çıxış etməmişəm və yeni video çəkməmişəm. Hazırda bəzi səhifələr mənim köhnə videolarımı yeni material kimi paylaşaraq izləyici və piar qazanmağa çalışırlar”.
Az24.az xəbər verir ki, bunu noyabrın 19-da ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova instaqram hesabında paylaşım yazıb.
O bildirib ki, bu kimi halların hamısı tərəfindən müvafiq qaydada şikayət olunacaq:
“Zərurət yarandığı təqdirdə aidiyyəti dövlət qurumlarına da rəsmi müraciətlər ediləcək. Xahiş edirəm, şəxsi məzmunumdan icazəsiz istifadə etməyin və mənim adımla ictimaiyyəti çaşdırmayın”.
Qeyd edək ki, sosial şəbəkələrdə R. İsmayılovanın videoları yayılaraq onların yeni olması ilə bağlı məlumatlar paylaşılmışdı.

Reklam
Oxşar xəbərlər
Aparıcı kişilərdən bahalı hədiyyələr istədi – Efirdə BİABIRÇILIQ
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu