“Məni intihar həddinə çatdırıb” – “Vaqa” baş redaktordan şikayətçi oldu
“Vaqa” kimi tanınan tiktoker Vüqar Zeynalov “Qanunla.az” saytının baş redaktoru Orxan Rasifoğludan prokurorluğa şikayət edib.
Az24.az xəbər verir ki, bu barədə kriminal xəbər jurnalisti Anar Məmmədov məlumat yayıb.
Tiktoker iddia edir ki, sayt redaktoru onu ölüm həddinə çatdırıb.
V.Zeynalov canlı yayım açaraq O.Rasifoğlunun onu şantaj etdiyini, əməlinə son qoymayacağı halda intihar edəcəyini bildirib.
Xatırladaq ki, O.Rasifoğlu bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin adından istifadə edərək məhkum valideynindən pul almaqda günahlandırılırdı. Həmin əməlinə görə onun Bakı Ağır Cinayətlər Məhkəməsinə girişinə qadağa qoyulmuş və hüquq-mühafizə orqanlarına şikayət olunmuşdu.
O.Rasifoğlunun redaktoru olduğu sayt keçmiş məhkum Adəm Məmmədova məxsusdur.
“Vaqa” ləqəbli Vüqar Zeynalov da bir müddət əvvəl “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov, “Xozeyn” ləqəbli Vüqar Kərimov adlı tiktokerlərlə birlikdə həbs olunmuşdu.
Bu ilin may ayında azadlığa çıxan “Vaqa” CM-in 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilirdi. (Yenisabah.az)
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq