Məktəblilərin qış tətili başlayır – BU TARİXDƏ

Məktəblilərin qış tətili başlayır – BU TARİXDƏ

Cəmiyyət 05.01.2026 16:31 521

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ili üzrə qış tətili başlayacaq.

Az24.az azedu.az-a istinadla xəbər verir ki, məktəblilərin qış tətili yanvarın son həftəsində (27-31 yanvar) olur, bu, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarına əsaslanır.

2025-2026-ci tədris ili üçün də məktəblilərin qış tətili yanvarın 27-dən başlayacaq.

Fevralın 1-i bazar gününə düşdüyündən, ikinci yarımilin ilk dərs günü 2 fevralda olacaq.

Reklam