Mehriban Xanlarova Narkoloji Dispanserə niyə getdi? – AÇIQLAMA

Mehriban Xanlarova Narkoloji Dispanserə niyə getdi? – AÇIQLAMA

Şou 18.12.2025 17:04 21

Əməkdar artist Mehriban Xanlarovanın Respublika Narkoloji Mərkəzinə və Psixi Sağlamlıq Mərkəzinə yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Az24.az xəbər verir ki, aktrisa çıxan xəbərləri təkzib edib.

O, evindən paylaşım edərək bunları deyib:

“Məni heç kim Narkoloji Dispanserə yerləşdirməyib. Evdəyəm.  Ora bilirsiniz niyə getdim? Çünki mənim düşmənlərim nəsə deyəndə alnım açıq olsun. Sabah analizlərin nəticəsini də paylaşacağam”.

Qeyd edək ki, M.Xanlarova bir müddət əvvəl Akademik Milli Dram Teatrındakı fəaliyyətinə son qoyub.

Reklam