“Heç işləməsəm də, nəvələrimə yetəcək qədər sərvətim var” – Mehmet Ali Erbil

“Heç işləməsəm də, nəvələrimə yetəcək qədər sərvətim var” – Mehmet Ali Erbil

Şou 13.11.2025 17:51 3

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil son günlər mediada yayılan “maddi cəhətdən çöküb” iddialarına cavab verib.

Az24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Enver Ayseverin YouTube proqramında çıxış edərək, bu xəbərləri qəti şəkildə təkzib edib və sərvətinin çox olduğunu bildirib.

Erbil açıqlamasında deyib:

“Heç işləməsəm də, nəvələrimə qədər yetəcək qədər sərvətim var.”

Maddi vəziyyəti ilə bağlı danışan məşhur şoumen sahib olduğu daşınmaz əmlaklardan misal çəkərək iddialara cavab verib:

“Hazırda yaşadığım evin dəyəri 10 milyon dollardır. Keçmiş həyat yoldaşlarıma verdiyim evlərin ümumi dəyəri də 10 milyon dollara çatır.”

Erbil həmçinin qumarda böyük itkilər verdiyi barədə yayılan xəbərləri də rədd edib:

“Qumarda var-dövlətimi itirməmişəm. Uşaqlarımın və nəvələrimin gələcəyini təmin etmişəm. Onların təhsili üçün ciddi investisiyalar etmişəm.”

Qeyd edək ki, Mehmet Ali Erbil son vaxtlar həm şəxsi həyatı, həm də özündən 42 yaş kiçik həyat yoldaşı Gülseren Ceylan ilə olan evliliyi səbəbilə tez-tez mediada gündəm olub.

Dəniz

Reklam