Məhkəmə Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən yaşlı kişiyə hökm oxudu
Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb.
Az24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O bildirib ki, həmin 6 yaşlı zərərçəkmiş qapı qonşusunun övladıdır.
“Ona qarşı 3 dəfə seksual xarakterli hərəkətlər etmişəm. Əməlimdən peşmanam”, – M.Hüseynov əlavə edib.
Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası müttəhimin etirafedici ifadəsini və digər sübutları nəzərə alaraq, belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlər etmə maddəsi ilə verilmiş ittiham təsdiqini tapıb.
Hökmə əsasən, Mərdan Hüseynov cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, azyaşlıya qarşı əxlaqsız hərəkətlər əks olunan görüntülər sosial şəbəkələrdə yayılmışdı.

Reklam
Oxşar xəbərlər
7 yaşlı uşaq BIÇAQLANDI
Harutyunyan ömürlük azadlıqdan məhrum edildi
Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi
Qardaşı uşaqlarını baltalayan əmi həbsdə öldü
Tuneldə geriyə hərəkət edən TIR qəzaya səbəb oldu – ANBAAN VİDEO
Müdafiə Nazirliyinin sabiq mayoru həbs edildi
Bakıda ağır qəza ANBAAN GÖRÜNTÜLƏNDİ – VİDEO
BDU-nun tələbəsi faciəli şəkildə öldü – FOTO