Məcburi köçkünlər üçün daha 15 bina tikiləcək – Bu şəhərdə

Məcburi köçkünlər üçün daha 15 bina tikiləcək – Bu şəhərdə

Cəmiyyət 17.12.2025 18:21 8

Şuşa şəhərində daha 7 yaşayış binası tikiləcək.

Az24.az xəbər verir ki, ölkə.az bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat əldə edib.

Bildirilir ki, D-3 massivində yerləşən 2-ci mərhələ üzrə tikintisi nəzərdə tutulan yeni 7 yaşayış binasının tikinti işləri görüləcək.

Bundan əlavə, ərazinin abadlaşdırlması da planlaşdırılır.

Layihənin həyata keçirilməsi üçün təxminən 36,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bundan əlavə, D-5 massivində 2-ci mərhələ 8 ədəd (9, 10, 11, 12, 13, 14, 15 və 16 nöm. binalar xidmətedici və yardımçı (köməkçi) təyinatlı obyektlər, abadlıq və s.) 4 mərtəbəli yaşayış binalarının tikinti işləri aparılacaq.

Bu layihə ilə bağlı isə təxminən 30 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

Reklam