Maşını Ramaldanovun həyat yoldaşı idarə edirmiş… – Dəhşətli qəzanın TƏFƏRRÜATI
Dünən axşam saatlarında Qusarın Yuxarı Ləgər kəndində polkovnik Şair Ramaldanovun ailə üzvlərinin düşdüyü qəza ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Az24.az xəbər verir ki, bu barədə News24.az-a Şair Ramaldanovun yaxın dostu, hərbi ekspert Üzeyir Cəfərov məlumat verib.
O bildirib ki, hadisə zamanı avtomobili İlham Ramaldanovun həyat yoldaşı idarə edib:
“Hadisə dünən axşam saatlarında Qusarın Yuxarı Ləgər kəndində baş verib. Həmin vaxt yollar buz bağladığı üçün hərəkət çətinləşib. Hadisə zamanı Ramaldanovların ailəsinin idarə etdiyi maşının qarşısına “KamAZ” markalı yük avtomobili çıxıb. Nəticədə sürücü idarəetməni itirib və yoldan çıxaraq dərəyə yuvarlanıb. Hazırda vəfat edənlərin nəşi Qusardan Bakıya gətirilir. Onların nəşi torpağa tapşırılmaq üçün Göy məsciddən yola salınacaq.
Xatırladaq ki, hadisə nəticəsində ümumilikdə 2 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Reklam
Oxşar xəbərlər
Azərbaycanda məcburi əsgərlik ləğv edilir? – VACİB AÇIQLAMA
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir
Bu cərimələr kəskin artdı
“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı