Maşın bazarında yeni qayda tətbiq olunub – Sürücülər şikayət edir – VİDEO

Maşın bazarında yeni qayda tətbiq olunub – Sürücülər şikayət edir – VİDEO

Cəmiyyət 11.12.2025 14:27 271

Paytaxtın Xətai rayonunda yerləşən avtomobil bazarında aparılan təmir və yenidənqurma işlərindən sonra giriş hissəsinə şlaqbaum quraşdırılıb.

AZ24.az avtosfer.az-a istinadən xəbər verir ki, Babək prospektindəki bazara daxil olan hər bir nəqliyyat vasitəsindən 50 qəpik giriş haqqı tutulur. Yeni tətbiq edilən qayda isə sürücülər arasında narazılıq yaradıb.

Sürücülərin bir qismi bildiriblər ki, məsələ heç də 50 qəpik ödəniş deyil, illərdir bazara gedərək ehtiyat hissələri dükanlarına, ustalara və digər xidmət obyektlərinə kifayət qədər vəsait xərcləyirlər. “Onsuz da biz həmin obyektlərə xeyir veririk, bazarın dolanışıqları əsasən bizim hesabımızadır. Girişə əlavə pul qoyulması düzgün deyil”, – deyə narazı sürücülər bildiriblər.

Onlar hesab edirlər ki, əgər bazarda təmir işləri görülübsə, bu, alqışlanmalıdır, lakin xərclərin vətəndaşların üzərinə əlavə yük kimi yüklənməsi ədalətli görünmür. Sürücülərin fikrincə, bu cür obyektlər onsuz da gündəlik dövriyyəni bazara gələn sakinlərin hesabına formalaşdırır və əlavə giriş pulu həm psixoloji narazılığa, həm də bazara gediş-gəlişin azalmasına səbəb ola bilər.

Reklam