Magistratura imtahanlarında dəyişiklik edildi – RƏSMİ
Magistratura səviyyəsi üzrə qəbul imtahanlarında esse tipli yazı tapşırıqlarının qiymətləndirilməsində dəyişiklik edilib.
AZ24.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, yeni qaydalara əsasən, bu ildən etibarən tədrisi ingilis və ya alman dilində olan ixtisaslaşmaları ərizəsində qeyd etmək istəyən bakalavrlar esse yazmalı və bu tapşırıqdan minimum 2 bal toplamalıdırlar. Belə ki, yalnız bu şərti ödəyən namizədlər həmin ixtisaslaşmaları seçimlərinə əlavə edə biləcəklər.
DİM-dən verilən məlumata görə, tədrisi Azərbaycan və ya rus dilində aparılan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) üzrə nəticəyə hər hansı bal məhdudiyyəti tətbiq edilmir.
Xatırladaq ki, bir neçə ildir xarici dil fənni üzrə imtahanda iştirakçıların yazı bacarıqları esse vasitəsilə yoxlanılır. İndiyədək iştirakçılar esse tapşırığından maksimum 5 bal toplaya bilirdilər və essenin yazılması məcburi hesab edilmirdi.
Reklam
Oxşar xəbərlər
Hacıbala Abutalıbov bu kəndə köçüb
Bakıdan Qəbələyə hər gün qatarla gedə biləcəksiniz
MİQ imtahanları ödənişli olacaq
Bu məlumatları sosial şəbəkələrdə paylaşmaq qadağan olundu
Hava KƏSKİN DƏYİŞİR: 6 gün qar yağacaq, 20 dərəcə şaxta olacaq
Naxçıvanda bu ərazilər işıq olmayacaq