Maduronun sərvəti açıqlandı – SİYAHI

Maduronun sərvəti açıqlandı – SİYAHI

Dünya 04.01.2026 11:31 10731

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşının ələ keçirilməsi ilə bağlı ABŞ tərəfindən edilən açıqlamadan sonra Maduro cütlüyünün sərvəti yenidən gündəmə gəlib.

Az24.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Maduroya aid olduğu iddia edilən və tərkibinə lüks təyyarələr, daşınmaz əmlak, avtomobillər, zinət əşyaları və nağd vəsaitin daxil olduğu təxminən 700 milyon dollar dəyərində mal varlığına həbs qoyulduğunu açıqlamışdı.

Təxminən 700 milyon dollar dəyərində olan bu varlıqlar aşağıdakı maddələrdən ibarətdir:

Maduronun “prezident təyyarəsi” kimi istifadə etdiyi DASSAULT FALCON 900EX TƏYYARƏSİ 2024-cü ilin sentyabrında Dominikan Respublikasında ABŞ tərəfindən müsadirə edilərək Floridaya aparılıb. Dəyəri təxminən 13 milyon dollardır.

DASSAULT FALCON 2000EX TƏYYARƏSİ – 2025-ci ilin fevralında yenə Dominikan Respublikasında müsadirə edilən ikinci xüsusi təyyarə. Bu təyyarə də Maduro rejiminin yüksək vəzifəli şəxsləri tərəfindən istifadə olunurdu.

Digər əmlaklar: Dominikan Respublikasında bir malikanə, Floridada bir neçə lüks ev, at ferması, 9 ədəd lüks avtomobil, milyonlarla dollar nağd pul və zinət əşyaları

Dəniz

Reklam