Maduro Türkiyəyə sürgün ediləcək? – Ankaradan AÇIQLAMA
Ankara ABŞ Prezidenti Donald Trampın Venesuela lideri Nikolas Maduroya Türkiyəyə sürgün olunmaqla bağlı ultimatum verdiyi barədə məlumata malik olmadığını açıqlayıb.
AZ24.az xəbər verir ki, bu barədə “RIA Novosti” Türkiyədəki diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, belə bir məlumat Ankaraya məlum deyil və onun haradan yayıldığı anlaşılmır.
Bundan əvvəl xarici KİV-lərdə yayılan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin sonunda Venesuela lideri Nikolas Maduroya vəzifədən getməyi və Türkiyəyə sürgün olunmağı təklif edib.
Nikolas Maduro bu ultimatumdan imtina edib.
Qeyd edək ki, yanvarın 3-də ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelada Prezident Nikolas Maduro və onun həyat yoldaşını saxlayıb və ölkədən çıxarıb.
Venesuela xarici işlər naziri İvan Xil Pinto ABŞ-nin Karakasdakı hərbi və mülki obyektlərə zərbələrini hərbi aqressiya adlandırıb.
Ölkədə fövqəladə vəziyyət elan edilib. (Teleqraf)
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO