Maduro Nyu-Yorka belə gətirildi – FOTOLAR

Maduro Nyu-Yorka belə gətirildi – FOTOLAR

Dünya 04.01.2026 09:22 40

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-Yorkun şimalında yerləşən Stüart Hava Milli Qvardiya bazasına gətirilib.

Az24.az xəbər verir ki, kadrlarda Maduronun üzərində mavi sviter olması və ətrafında görülən geniş təhlükəsizlik tədbirləri diqqətdən yayınmayıb. Barəsində yeni ittiham aktı hazırlanan Maduro “narkotik terrorizmi” ittihamı ilə kokain idxalı üçün sui-qəsd qurmaqda, həmçinin ağır silah və dağıdıcı qurğular saxlamaqda günahlandırılır.

Maduro və Flores Stüart Hava Milli Qvardiya bazasına endikdən sonra Nyu-Yorkun Bruklin bölgəsində yerləşən Metropolitan Federal Saxlanma Mərkəzinə aparılacaq.

ABŞ rəsmiləri Nikolas Maduronun yaxın günlərdə Nyu-York Cənub Dairəsi Federal Məhkəməsində hakim qarşısına çıxmasının gözlənildiyini bildiriblər. Araşdırmanın çoxşaxəli şəkildə davam etdiyi qeyd olunub.

Venesuela hökuməti isə Maduronun Nyu-Yorka gətirilməsi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Dəniz

Reklam