Maduro həbsxanada bu kamerada qalacaq – FOTOLAR

Maduro həbsxanada bu kamerada qalacaq – FOTOLAR

Dünya 06.01.2026 09:41 50

ABŞ-ın ötən şənbə Venesuelaya təşkil etdiyi hərbi əməliyyat nəticəsində Nyu-Yorka aparılan və vəzifədən devrilmiş Venesuela lideri Nikolas Maduro ilə həyat yoldaşı Siliya Flores narkotik qaçaqmalçılığı və silah saxlama ittihamları ilə bağlı açılan cinayət işi çərçivəsində ilk dəfə məhkəmə qarşısına çıxıblar.

Az24.az xəbər verir ki, ABŞ Federal Dairə Məhkəməsinin hakimi Alvin Hellerstaynın apardığı prosesə Maduro ayaqları qandallı halda gətirilib. Hakim Hellerstayn növbəti məhkəmə iclasının martın 17-də keçiriləcəyini açıqlayıb.

Əməliyyatın canlı yayımlanması ilə dünya gündəminə düşən hadisə diqqətlə izlənilir və yeni detallar üzə çıxır. Bu gün ilk dəfə hakim qarşısına çıxan Maduro ona yönələn bütün ittihamları rədd edərək, “Amerika məni evimdən qaçırdı, mən günahsızam” deyib.

Məhkəmədən sonra yenidən həbsxanaya aparılan Maduronun qalacağı kamera görüntülənib. Kadrlarda kamerada pəncərənin olmadığı və gigiyena şəraitinin yetərsiz olduğu aydın görünür. Bildirilir ki, istintaq dövründə saxlanılan şəxslərin yerləşdirildiyi bu müəssisə pis şöhrəti ilə tanınır. Maduro martın 17-də keçiriləcək ikinci məhkəmə iclasına qədər bu kamerada qalacaq.

Qeyd edək ki, müəssisə narkotik baronlarından tutmuş qlobal miqyasda tanınan simalara qədər bir çox məşhur adın saxlanılması ilə diqqət çəkir.

“MDC Brooklyn”in keçmiş və indiki məhbusları arasında əfsanəvi narkotik baronu, “El Çapo” kimi tanınan Xoakin Quzman, Sinaloa kartelinin qurucularından “El Mayo” kimi tanınan İsmael Zambada Qarsiya, cinsi cinayətlərdə məhkum edilmiş R.Kelli və mübahisəli prodüser Şon “Diddi” Kombs kimi tanınmış şəxslər yer alır.

Dəniz

Reklam